“Putinin imicini qorumaq üçün suverenliyimizdən güzəştə getməyəcəyik”

“Putinin imicini qorumaq üçün suverenliyimizdən güzəştə getməyəcəyik”
Oxunma sayı: 1030

"Rusiya Prezidenti Vladimir Putinin imicini qorumaq üçün bəzi liderlərin təklif etdiyi kimi, suverenliyimizdən güzəştə getməyəcəyik".

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Rai 1” telekanalına müsahibəsində Fransa Prezidenti Emmanuel Makronun müharibədən sonra hər iki tərəfin alçaldılmaması və Rusiya üçün çıxış yolu tapılması ilə bağlı açıqlamalarını dəyərləndirərkən deyib.

Zelenski bildirib ki, Rusiya üçün çıxış yolu axtarmağa ehtiyac yoxdur:

“Cənab Makron bunu boş yerə edir. Rusiya bunu istəmədikcə və buna ehtiyacı olduğunu anlamadıqca, müharibəni dayandırmaq üçün heç nə etməyəcək, heç bir çıxış yolu axtarmayacaq”.

 “Mən bilirəm ki, Fransa Prezidenti Emmanuel Makron vasitəçilikdə müəyyən nəticələr əldə etmək istəyirdi, amma bunu tapa bilmədi. Həm də bizim tərəfdən yox, Rusiyadan. Bəzi liderlərin Putinin “imicini” xilas etmək üçün suverenliyimizin güzəştə getməsi ilə bağlı mənə nəsə təklif etməsi düzgün deyil”, - o bildirib.

Zelenski deyib ki, Roma Papası Fransiskin Ukrayna və Rusiya bayraqları ilə başlatdığı “barışıq” aksiyası onlar üçün qəbuledilməzdir:

“Rusiyanın bayrağı, bu, bizi öldürən və öldürməkdə davam edən bayraqdır. Hazırda Rusiya bayrağı bizim üçün yalnız bir məna daşıyır, o da ilhaq. Rusiyanın bizdən üzr istəməsi üçün üzrxahlığın həcmini hesablaya bilmirəm. Papa iki bayraqla hərəkətə keçməyi təklif edəndə bizim üçün çətin oldu”.