Putinin İnzibati İdarəsinə məxsus lüks maşın yandı - Video

putinin-inzibati-idaresine-mexsus-luks-masin-yandi
Oxunma sayı: 3583

Rusiyanın paytaxtı Moskvanın mərkəzində təxminən 30 milyon rubl dəyərində dəbdəbəli “Aurus Senat” avtomobili yanıb.

“Qafqazinfo” “Baza” teleqram kanalına istinadən xəbər verir ki, avtomobil Rusiya Prezidenti Vladimir Putinin İnzibati İdarəsinə məxsusdur.

Telekanalın məlumatına görə, hadisə Sretenka küçəsində baş verib. Hadisə şahidləri avtomobilin mühərrikinin alışdığını görüb və təcili yardım çağırıb. İtkilər barədə məlumat verilmir.