“Qafqazinfo” “Ria Novosti”ə istinadən xəbər verir ki, Lavrov bildirib ki, Rusiya dövlət başçısının İrəvan səfərinin hər iki ölkə ilə əlaqələrə mənfi təsir göstərəcəyini təxmin edə bilməz:
“Hər kəs müstəqil qərar qəbul edir. Biz də daha öncədən İrəvana gedəcəyimizi planlaşdırmışdıq. Kütləvi cinayət qurbanlarının xatirəsini anmaq əlaqələri pozmaq üçün bəhanə ola bilməz. Buna misal olaraq, II Dünya müharibəsindən sonra Avropa ölkələri, Almaniya-Rusiya arasındakı münasibətləri göstərə bilərik. Biz Ermənistan-Türkiyə əlaqələrinin normalaşmasının tərəfdarıyıq. Qarabağ probleminin həllini tapmasını istəyirik ki, bununla da erməni-azərbaycan əlaqələri normallaşa bilər. Bunun üçün çox şeylər edirik. Rusiya indiyə kimi və bundan sonra da hər kəsdən çox bu çətin və çıxılmaz böhranın həlli yolunu tapmaq üçün əlindən gələni edəcək.
Rusiya bir neçə il əvvəl Ankara və İrəvanın təşəbbüsü ilə başladılan sərhədlərin açılması ilə bağlı sənədlərin hazırlanması prosesini dəstəklədi. Təəssüf ki, sənədlər imzalandı, lakin qüvvəyə minmədi. Lakin biz bunun baş tutması üçün fəal şəkildə yardım edəcəyik”.
Son xəbərlər
Son Xəbərlər