Putinin köməkçisi evlənir- - “Əsrin toyu”

putinin-komekcisi-evlenir-
Oxunma sayı: 759


“Qafqazinfo”nun Gazeta.ru-ya istinadən məlumatına görə, o, fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka ilə ailə həyatı qurur. Cütlüyün toyu bu gün Soçidəki “Rodina Grand Hotel & SPA”da keçirilir. Hoteldə 100-ə yaxın VİP qonağın iştirakı gözlənilir. Mərasimə Putin də dəvətlidir, amma prezidentin toya gəlib-gəlməyəcəyi hələ ki, məlum deyil. 

Rusiya mətbuatında “Əsrin toyu” adlandırılan mərasim turistləri narahat edib. Belə ki, kurort bölgəsində təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçiblər. Bununla bağlı Soçidəki 3 sanatoriya müəyyən müddətlik fəaliyyətlərini dayandırıb. 

Bəzi məlumatlara görə isə toyun bütün xərci hotelin rəhbəri Oleq Deripask tərəfindən ödəniləcək. Ümumi xərcin 5-10 milyon rubl arasında olduğu deyilir. 

Xatırladaq ki, Peskov 40 yaşlı idmançı ilə dostunun ad günündə tanış olub. Prezident köməkçisinin Navkaya verdiyi ilk sual “Siz saç rənglərinin reklamındakı həmin qız deyilsiniz?” olub. Cütlüyün bir övladı olsa da, onlar münasibətlərini bir müddət gizli saxlayıblar. 

“Qafqazinfo”