Putinin köynəyini geyinməyə Tarasovu prezident inandırıb

putinin-koyneyini-geyinmeye-tarasovu-prezident-inandirib
Oxunma sayı: 2151

UEFA Avropa Liqasının 1/16 final mərhələsinə “Fənərbaxça”ya 0:2 hesabı ilə uduzan Moskva “Lokomotiv”in futbolçusu Dmitri Tarasovun üzərində Putinin şəkli olan və “ən hörmətli prezident” yazılmış “T-Shirt” geyməsinin təfərrüatları bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, rusiyalı jurnalistlərin araşdırmasına görə, yarımmüdafiəçinin bu addımı atmasının səbəbkarı klubun prezidenti Olqa Smarodskayadır.

Belə ki, o, Tarasovu belə bir köynək geyinməyə sövq edib. Onun məqsədi isə mövsümün sonunda keçiriləcək prezident seçkilərində qalib gəlmək istəməsidir. Hazırda UEFA-nın maliyyə fair-play qaydalarına əməl etməkdə çətinlik çəkən “Lokomotiv”in prezidentinin etimadı sarsılıb. O, klubun vəziyyətinin ağırlaşmasının qarşısını ala bilmir. Mövsümün sonunda hətta Moskva təmsilçisi avrokuboklarda çıxışdan da məhrum edilə bilər. Klubun Direktorlar Şurası da bundan narazıdır. Bu səbəbdən də Smarodskaya etimad qazanmaq niyyətindədir.

Hətta klubun ana sponsoru olan Rusiya Dəmiryolları İdarəsinin rəisi Oleq Belozerov da hazırkı prezidentdən razı deyil və onu əvəzləməyi düşünür.

Olqa Smarodskayanın bu addım üçün niyə Tarasovu seçdiyinə isə rusiyalı həmkarlarımız belə aydınlıq gətirib:

Birincisi Tarasov “Lokomotiv”in ən qalmaqallı və mətbuatda adı çox hallanan oyunçusudur. Məhz bu amil edilmiş hərəkəti bir az da gündəmə gətirəcək. 

Digər tərəfdən isə yarımmüdafiəçi Smarodskayanın sağ əlidir. Prezident klubda baş verənləri məhz Dmitrinin köməyi ilə öyrənə bilir.