"Qafqazinfo"ya daxil olan məlumata görə, dünya şöhrətli kinorejissor Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük töhfəsinə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanına əsasən bu yüksək mükafata layiq görülüb.
Vaqif Mustafayev Rusiya prezidentinə və səfir Vladimir Doroxinə təşəkkürünü bildirib.
Qəbulda Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər