Putinin namizədliyi qeydə alındı

putinin-namizedliyi-qeyde-alindi
Oxunma sayı: 1031

Rusiya prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində iştirakı üçün namizədliyi qeydə alınıb. 

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası liderin namizədliyini bu səhər təsdiq edib. Bildirilir ki, qeydiyyat vəsiqəsi V. Putinin etibarlı nümayəndəsi Serqey Kabışevə verilib. 

Seçkilərə hər hansı siyasi partiyanın namizədi kimi deyil, sərbəst qatılan Putinin lehinə 1,6 milyondan çox imza toplanıb. Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək. 

Aysel Kərimova