“Putinin nüfuzu inkarolunmazdır” - Sarkozi

putinin-nufuzu-inkarolunmazdir
Oxunma sayı: 1233

Vladimir Putinin nüfuzu inkarolunmazdır”.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Fransanın eks-prezidenti Nikolya Sarkozi Peterburqdakı beynəlxalq iqtsiadi forumda çıxışında deyib:

“Cənab Putinin nüfuzunu heç kim inkar etmir, onun dünyadakı yerini heç kim təkzib etmir.

Rusiya dünyanın ən böyük ölkəsidir. 90-cı illərdə çox insan düşünürdü ki, Rusiya dünyanın diplomatik xəritəsindən çıxarılıb. 2016-cı ildə artıq heç kim belə düşünmür. Rusiya yenidən öz yerini tutdu”.