Putinin qələbəsi rəsmən təsdiqləndi

putinin-qelebesi-resmen-tesdiqlendi
Oxunma sayı: 1268

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçirilən prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, seçkilərdə 76,69% səs toplayan Vladimir Putin yenidən prezident seçilib. Bu barədə MSK sədri Ella Panfilova bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, seçkilərdə Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,77% səslə ikinci, Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski 5,65% səslə üçüncü, Vətəndaş Təşəbbüsü Partiyasının namizədi Kseniya Sobçak 1,68% səslə dördüncü, “Yabloko” Partiyasının namizədi Qriqori Yavlinski isə 1,05% səslə beşinci olub.