Putinin sərbəst buraxdığı məhkumlar- - 78 min 239 nəfər

putinin-serbest-buraxdigi-mehkumlar-
Oxunma sayı: 1554


“Qafqazinfo” CİHAN-a istinadən xəbər verir ki, Rusiya Federal Həbsxana Xidmətinin (FSİN) rəhbəri Valeri Maksimenko açıqlamasında ümumi əfv zamanı 78 min 239 nəfər  azadlığa qovuşduğunu bildirib. 

Məhbuslar  9 may-11 iyun tarixlərində azadlığa çıxıb. Onlar sırasında 40-a yaxın qazi,  kiçik övladı olan 20 ana var.  

Həmçinin, əfvdən faydalananlar arasında 55 - 106  yaş arası kişilər, 50 yaşdan yuxarı olan 33 qadın, xərçəng və vərəm xəstəliyi olan vətəndaşlarda yer alıb.  

Cinayət, terror, rüşvət, dələduzluq, azlıqlara qarşı işlənən cinayətlər, insan alveri və narkotik ilə əlaqə məhkumlar əfv xaricində tutulub.

Qeyd edək ki, Rusiyada ən son 2013-cü ildə  ümumi əfv elan edilmiş, bundan məşhur rus oliqarx Mixail Hodorkovski və kilsədə nümayiş etdikləri səbəbi ilə həbs olunan Pussy Riot qrupunun iki üzvü yararlanmışdı. 

Rusiya Federal Həbsxanalar Xidmətindən verilən məlumata görə,  1 Mart, 2015-ci il tarixindən etibarən Rusiya həbsxanalarında 673 min 811 məhkum var.