Putinin termosu Çində satış rekordu qırır

putinin-termosu-cinde-satis-rekordu-qirir
Oxunma sayı: 2740

Rusiya prezidenti Vladimir Putinin bir neçə beynəlxalq tədbirdə ağ bardaq-termosla görülməsindən sonra Çin bazarlarında həmin qablara tələbat artıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, xüsusilə Putinin G20 sammitində həmin termosla görüntülənməsindən sonra böyük ajiotaj yaranıb. İnternet-mağazalar sağlamlıq üçün faydalı olan termosların satışına başlayıb.

Qeyd edilir ki, termoslarda Rusiyanın gerbi təsvir olunub və Putinin stəkanı ideal hədiyyə ola bilər.