Putinin Türkiyə səfəri başa çatıb

putinin-turkiye-seferi-basa-catib
Oxunma sayı: 1964

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başa çatıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısının təyyarəsi yerli vaxtla saat 17:08-da Ankaranın Esenboğa Beynəlxalq hava limanından uçub.

Putini hava limanında Türkiyənin xarici işlər nazirinin müavini Əhməd Yıldız, XİN-in əməkdaşları, Rusiyanın səfiri Aleksey Yerxov və səfirliyin əməkdaşları, habelə  general Mehmet Kip yola salıb.