“Putinin Türkiyəyə səfəri ilə bağlı planlar var”

putinin-turkiyeye-seferi-ile-bagli-planlar-var
Oxunma sayı: 2731

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı həm Rusiya, həm də Türkiyə tərəfində planlar var”.

"Qafqazinfo" xarici KİV-ə istinadən  xəbər verir ki, bunu jurnalistlərə Rusiya  Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov deyib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslara gəlincə, mən təsdiq edə bilərəm ki, həm Türkiyə, həm də Rusiya tərəfinin prezidentimizin Türkiyəyə səfəri ilə bağlı planları var, lakin biz hələlik konkret tarixlər barədə razılığa gəlməmişik”, - deyə o bildirib.