Putinin vizit kartı 2 milyona satışa çıxarıldı - Foto

putinin-vizit-karti-2-milyona-satisa-cixarildi
Oxunma sayı: 1931

Rusiya Prezidenti Vladimir Putinin köhnə vizit kartı iki milyon rubla (53 min 400 AZN) satışa çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, elan “Avito” platformasında yerləşdirilib.

Rus və ingilis dillərindəki ağ ikitərəfli vizit kartında Putinin 1991-ci ildən 1996-cı ilə qədər çalışdığı vəzifə- Sankt-Peterburq meriyasının Xarici əlaqələr komitəsinin sədri çap olunub.

“Vladimir Putinin hələ komitə sədri olduğu dövrdə atamın ona verdiyi vizit kartı. 20 ildən artıqdır ki, kart sahibini gözləyir, - deyə elanda qeyd olunub.

Vəzifə ilə yanaşı, vizit kartında Rusiyanın gələcək prezidentinin işlədiyi təşkilatın telefonu, faks və ünvanı göstərilib.