Putinlə Avstriya Kanslerinin danışıqları bitdi - Yenilənib

putinle-avstriya-kanslerinin-danisiqlari-bitdi
Oxunma sayı: 5096

Rusiya Prezidenti Vladimir Putin və Avstriya Kansleri Karl Nehammer arasında danışıqlar başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Danışıqlar Vladimir Putinin Novo-Oqaryovadakı iqamətgahında keçirilir.

***

Vladimir Putin və Avstriya kansleri Karl Nehammer arasında danışıqlar yekunlaşıb. Görüş təxminən 90 dəqiqə davam edib.

Danışıqların məzmunu ilə bağlı hələlik heç bir məlumat yoxdur.