Putinlə Baydenin Cenevrə görüşünə görə PUA-ların uçuşu dayandırıldı

putinle-baydenin-cenevre-gorusune-gore-pua-larin-ucusu-dayandirildi
Oxunma sayı: 1375

Cenevrə rəhbərliyi tərəfindən Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin 16 iyun görüşündən əvvəl təhlükəsizlik tədbiri olaraq elan etdiyi pilotsuz uçuşlara qadağa bu gün qüvvəyə minib.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, 17 iyun saat 00:00-a qədər Cenevrə səmalarında dronların buraxılması qadağan olunacaq və iyunun 16-sı isə pilotlu təyyarələrin uçuşlarına da məhdudiyyət qoyulacaq.

Cenevrə hökumətinin qərarına əsasən, pilotsuz uçuş aparatlarının uçuşlarına qoyulan qadağa Cenevrə kantonunun bütün ərazilərinə şamil edilir.

Polis sözçüsü Jan-Filipp Brandt bildirib ki, qadağanın pozulması cərimə ilə cəzalandırılır. Polis qadağaya əməl etməyən şəxslərdən cihazların müsadirə olunacağını açıqlayıb.

İsveçrə səlahiyyətliləri ABŞ-Rusiya sammiti ilə əlaqədar məhdudlaşdırıcı tədbirləri tədricən tətbiq etməyə başlayıblar. İyunun 8-dən etibarən zirvənin keçiriləcəyi La - Qranj ətrafında maşın saxlamaq qadağandır. Parkın girişi bağlıdır, ətraf əraziləri isə metal tikanlı məftillərlə əhatə olunub.

İyunun 15-dən etibarən təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək. Federal hökumətin qərarına görə, İsveçrə Hərbi Hava Qüvvələri hava polisi funksiyasını yerinə yetirəcək və Cenevrə üzərindəki səmalarda patrul aparacaq. Məhdudiyyətlər yerli vaxtla 15 iyun saat 08:00-dan 17 iyun 08:00-dək qüvvədə olacaq.