Putinlə Baydenin görüşü başa çatdı - Yenilənib

putinle-baydenin-gorusu-basa-catdi
Oxunma sayı: 4495

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında videobağlantı vasitəsilə danışıqlar başlayıb.

“Qafqazinfo” xəbər verir ki, liderlər Ukrayna ətrafındakı vəziyyəti və NATO-nun şərqə doğru hərəkətini, strateji sabitlik məsələlərini və ikitərəfli gündəliyi müzakirə edəcəklər.

Putin və Bayden ilk dəfədir telekonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıblar.

***

Putin və Bayden arasında baş tutan 2 saatlıq danışıqlar başa çatıb.

Görüş qapalı videobağlantı vasitəsilə baş tutub.

Jurnalistlərə ilk ünsiyyət kadrları göstərilib, daha sonra görüş bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, bu, iki ölkə liderlərinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib. O zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.