ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı təxminən 1 saat davam edib.
Prezidentlər ABŞ-Rusiya sammitindən sonra Suriyaya humanitar yardımın bərpa edilməsi barədə BMT Təhlükəsizlik Şurasında yekdilliklə qərar qəbul edilməsini və hər iki ölkə heyətinin birgə işlərini yüksək qiymətləndiriblər.
Son xəbərlər
Son Xəbərlər