Gürcüstan prezidenti Georgi Marqvelaşvili rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar masasında oturmaq istədiyini açıqlayıb.
“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, Marqvelaşvilinin sözlərinə görə, son zamanlar Rusiya ilə əlaqələr dəyişməyib, lakin ticari əlaqələrdə müsbət dinamika müşahidə olunur:
“Mənim Rusiya prezidenti ilə görüşlə bağlı mövqeyim belədir: Hər zaman danışıqlar masasından istifadə edilməlidir. Əlbəttə, bu görüş əvvəlcədən hazırlanmalı və bütün orqanlar görüşün hazırlıqlarına aktiv şəkildə qoşulmalıdır. Belə ki, siyasətçilər arasında danışıqlar masası problemin həllinə imkan yaradır, ya da həlli üçün şərait”.
Xatırladaq ki, Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr 2008-ci ilin avqustunda rəsmi Moskvanın Abxaziya və Çxinvalinin müstəqilliyinə tanımasına cavab olaraq Tiflisin qərarı ilə pozulmuşdu.
Son xəbərlər
Son Xəbərlər