Putinlə Ərdoğan arasında telefon danışığı

putinle-erdogan-arasinda-telefon-danisigi
Oxunma sayı: 1089


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, bu haqda informasiyanı Kremlin mətbuat xidməti yayıb.

Telefon danışığında energetika sferasında birgə layihələrin reallaşdırması müzakirə edilib. 

Qeyd edək ki, telefon danışığı türk tərəfinin təşəbbüsü ilə olub.

"Liderlər energetika sferasında birgə layihələrin reallaşdırması daxil olmaqla ikitərəfli gündəliyin bəzi aktual məsələlərini müzakirə ediblər. Müxtəlif istiqamətlər üzrə Rusiya-Türkiyə əməkdaşlığının sonrakı genişlənməsində ikitərəfli maraq vurğulanıb", - deyə xəbərdə bildirilir.