Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, dünya liderləri iyulun 26-da Cənubi Afrikada bir araya gələcək. Putinlə Ərdoğan qatılacaqları BRİKS zirvəsindən sonra təkbətək görüşəcəklər.
Kremlin sözçüsü Yuri Uşakovun sözlərinə görə, prezidentlər əsasən Suriyadakı vəziyyət və enerji məsələlərini müzakirə edəcəklər.
Son xəbərlər
Son Xəbərlər