Soçidə Rusiya-Türkiyə-İran arasında üçtərəfli görüşdən öncə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib.
“Qafqazinfo”nun “Analodu” agentliyinə istinadən məlumatına görə, Ərdoğan Suriyada etibarlı bölgə fikrinin milli təhlükəsizliklə bağlı qayğılarını aradan qaldırmağa hesablanmış xidmət olduğunu, Rusiyanın bunu müsbət qarşılamasına məmnun olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, PYD və YPG Münbiç və Fıratın qərbindən təmizlənməsə, Suriyanın torpaq bütövlüyü təmin edilməyəcək.
V. Putin isə Türkiyə ilə birlikdə Suriyada tərəflər arasında yeni dialoq imkanları yaratdıqlarını söyləyib: “Türkiyə ilə aparılan işlər sayəsində Suriyada əhəmiyyətli məsafə qət etmişik”.
Son xəbərlər
Son Xəbərlər