Putinlə Ərdoğan telefonla danışdı

putinle-erdogan-telefonla-danisdi
Oxunma sayı: 976

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında növbəti telefon danışığı olub.

“Qafqazinfo”nun Kremlin mətbuat xidmətinə istinadən məlumatına görə, tərəflər söhbət zamanı Suriyanın İdlib əyalətindəki gərginləşən vəziyyəti müzakirə ediblər, həmçinin Soçi razılaşmasının tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunur ki, liderlər müvafiq qurumlar arasında əlavə danışıqlar barədə razılığa gəliblər.