Putinlə Ərdoğan ya iyulun sonu, ya da avqustun əvvəli görüşəcəklər

putinle-erdogan-ya-iyulun-sonu-ya-da-avqustun-evveli-gorusecekler
Oxunma sayı: 923

Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğan iyulun sonu və ya avqustun əvvəlində görüşə bilər.

Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, ölkə liderlərinin görüşü üçün dəqiq gün hələ ki, bəlli deyil.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri sonuncu telefon danışıqlarında görüşərək 2 ölkə arasındakı münasibələri müzakirə etmək qərarına gəliblər.