Putinlə Ərdoğanın telefon danışığı bitdi - Yenilənib

putinle-erdoganin-telefon-danisigi-bitdi
Oxunma sayı: 4141

Rusiya Prezidenti Vladimir Putin bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışacaq.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, Putin bu gün bir sıra xarici rəsmi şəxslə telefonla danışacaq.

***

“A haber” telekanalının məlumatına görə, Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı başlayıb.

***

Prezidentlər arasında telefon danışığı bir saatdan çoxdur ki, davam edir. Bu barədə TRT Haber məlumat yayıb.

"Bir saatdan artıqdır ki, danışıqlar gedir", - deyə telekanal xəbər verib.

***

Putinlə Ərdoğanın telefon danışığı başa çatıb.