Amerika lideri Donald Tramp rusiyalı həmkarı ilə görüş barədə danışıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Tramp Vladimir Putinlə görüş gününü səbirsizliklə gözlədiyini deyib. O, bu barədə öz tvitter hesabında yazıb:
“Mən dünya liderləri ilə eyni zamanda, Vladimir Putinlə görüşü səbirsizliklə gözləyirəm. Müzakirə ediləcək mövzular çoxdur”.
Xatırladaq ki, Rusiya və ABŞ lideri “G 20” Sammiti çərçivəsində görüşəcək.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər