Rusiya prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko Rusiya-Belarus danışıqlarının fasiləsi zamanı Soçidə xizək sürüblər.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qarda sürüşməyi Lukaşenkoya Putin təklif edib. “Ümid edirəm, bir qədər istirahət etməyə vaxtınız olacaq. Heç olmasa, bir neçə saat və qeyri-rəsmi şəkildə”, - deyə Putin bildirib.
Lukaşenko isə Rusiya liderinin təklifini məmnuniyyətlə qəbul edib.
Ətrafdakı insanlar qarda sürüşən prezidentlərin şəkil və videolarını çəkiblər.




Son xəbərlər
Son Xəbərlər