Putinlə Lukaşenko xizək sürdülər - Foto+Video

Putinlə Lukaşenko xizək sürdülər
Oxunma sayı: 3258

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün baş tutan danışıqlardan sonra “Krasnaya Polyana” dağ-xizək kompleksində xizək sürüblər.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, prezidentlər qar motosikletləri ilə yamaclardan birinə eniblər. Ölkə başçıları “Krasnaya Polyana”da dincələnləri salamlayıblar.

Qeyd edək ki, Lukaşenko bir neçə gün əvvəl Rusiyaya səfər edib. Onun bu gün Soçidə Putinlə görüşü olub. Görüş əsnasında Rusiya Prezidenti belaruslu həmkarını xizək sürməyə dəvət edib.