Putinlə Lukaşenkonun 3 saatlıq görüşü başa çatdı - Yenilənib

putinle-lukasenkonun-3-saatliq-gorusu-basa-catdi
Oxunma sayı: 10639

Rusiya Prezidenti Vladimir Putin Amur vilayətinin Blaqoveşensk şəhərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. 

Putin burada belaruslu həmkarı Aleksandr Lukaşenko ilə “Vostoçnıy” kosmodromunu ziyarət edəcək və buranın inşası prosesi ilə tanış olacaq.

Bununla yanaşı, tərəflər Ukraynadakı vəziyyət, Qərbin sanksiyaları, ikitərəfli əməkdaşlıq kimi məsələlər ətrafında danışıqlar aparacaqlar.

***

Vladimir Putin və Aleksandr Lukaşenko kosmodromda start kompleksinin inşasına baxış keçiriblər. Ekskursiyanı “Roskosmos” şirkətinin rəhbəri Dmitri Roqozin həyata keçirib.

Lukaşenkonun kiçik oğlu Nikolay da kosmodromda tədbirə qatılıb.

***

Putin və Lukaşenko arasında ikitərəfli görüş keçirilir.

***

Tərəflər arasında danışıqlar başa çatıb, görüş 3 saata yaxın davam edib.

Yaxın dəqiqələrdə “Soyuz-2.1B” raketinin fonunda mətbuat konfransı baş tutacaq.