Putinlə Makron Suriyadan danışdılar

putinle-makron-suriyadan-danisdilar
Oxunma sayı: 857

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Suriya münaqişəsinin həlli yollarını və Kerç boğazında baş vermiş insidenti müzakirə ediblər.

Bundan başqa, liderlər bir-birini Yeni il münasibətilə təbrik ediblər.