Putinlə Makronun daha bir telefon danışığı oldu

putinle-makronun-daha-bir-telefon-danisigi-oldu
Oxunma sayı: 842

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığı olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Prezidentlər Ukrayna ətrafındakı vəziyyəti və Rusiyanın təklif etdiyi təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. 

“Putin yenidən Kiyev rəhbərliyinin Minsk razılaşmalarına zidd olan təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə diqqət çəkib”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, dövlət başçıları işlərin hazırkı vəziyyətini müzakirə edib və gələcək təmaslar barədə razılığa gəliblər.

Qeyd edək ki, bu, Putinlə Makronun son bir həftə ərzində üçüncü telefon danışığıdır.