Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
“Qafqazinfo” “Frans-Press”ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının məlumatında deyilir. Putinlə Makronun telefon danışığı 1 saat 40 dəqiqə davam edib.
“Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün şənbə günü rusiyalı həmkarı Vladimir Putinlə bir saat 40 dəqiqə danışıb”, - məlumatda qeyd edilir.
Son xəbərlər
Son Xəbərlər