“Bu il Rusiya prezidenti Vladimir Putinin Yerevana, mənim isə Moskvaya rəsmi səfərim olacaq”. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan “TASS”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər arasında səfər tarixləri müzakirə olunur:
“Mən Rusiya prezidenti ilə telefon vasitəsilə əlaqə saxlamışam. Danışıq zamanı səfərlə bağlı məsələni müzakirə etdik. Və bizim administrasiyalar da hazırda bunu müzakirə edirlər.
Bundan başqa, nəinki Vladimir Putinlə, həm də baş nazir Dmitri Medvedevlə də görüş planlaşdırılır. Aprelin 29-da Yerevanda Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurası keçiriləcək və Medvedev olmaqla bütün baş nazirlər Yerevana gələcəklər”.
Son xəbərlər
Son Xəbərlər