“Qafqazinfo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, Kremlin rəsmi saytında yerləşdirilən məlumatda belə deyilir.
Bəyannaməyə görə, Putinin 77 kv m mənzili, qarajı və 1500 kv m torpaq sahəsi var.
Bundan başqa onun istifadəsində 154 kv m-lik mənzil var. Yazılanlara görə prezidentin cəmi 3 maşını var və onların hamısı Rusiya istehsalıdır: GAZ М21, GAZ М-21-Р və Nivа.
Baş nazir Dimitry Medvedev isə prezidentdən 400 min rubl artıq-təxminən 8 milyon rubl qazanıb. Bu da ötən illə müqaisədə 2 dəfədən çoxdur.
Ötən il Prezident Administrasiyasında ən çox qazanan MDB ölkələri ilə sosial-iqtisadi əməkdaşlıq idarəsinin rəisi Oleg Govorun olub.
O 114 milyon rubl gəliri olduğunu deyib. Vladimir Putin bir il əvvəl özü, Medvedev və bir sıra dövlət qulluqçularının maaşını 2 dəfədən çox artırmışdı.
Amma 2015-ci ilin əvvəlində prezident məmurların maaşını 10 faiz kəsib.
Son xəbərlər
Son Xəbərlər