Putinlə Merkel arasında telefon danışığı oldu

Putinlə Merkel arasında telefon danışığı oldu
Oxunma sayı: 561

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub. “Qafqazinfo” bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Tərəflər Liviya böhranının nizamlanması üzrə yanvarın 19-da Berlində keçiriləcək beynəlxalq konfransla bağlı məsələləri müzakirə ediblər.

“Almaniya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası Vladimir Putinin Almaniya Federativ Respublikasının Kansleri Angela Merkellə telefon danışığı olub. Yanvarın 19-da Berlində keçiriləcək Liviya üzrə beynəlxalq konfransla bağlı müxtəlif aspektlər müzakirə olunub”, - məlumatda deyilir.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi