Putinlə Merkel arasında telefon danışığı oldu

putinle-merkel-arasinda-telefon-danisigi-oldu
Oxunma sayı: 1883

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub. “Qafqazinfo” bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər koronavirusun yayılmasına qarşı mübarizədə qarşılıqlı fəaliyyət də daxil olmaqla, ikitərəfli gündəlikdə olan bir sıra aktual məsələləri müzakirə ediblər.

“Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə qarşılıqlı fəaliyyət də daxil olmaqla, ikitərəfli gündəmdə olan bir sıra aktual məsələlərə də toxunulmuşdur”, - məlumatda deyilir.

Tərəflər, həmçinin İrana qarşı sanksiya təzyiqinin perspektivsiz olduğunu və İranın nüvə razılaşmasının qorunub saxlanması üçün səylərə ehtiyac olduğunu bəyan ediblər.