Putinlə Mirziyoyev Əfqanıstandakı vəziyyəti müzakirə etdi

putinle-mirziyoyev-efqanistandaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1286

Rusiya və Özbəkistan Prezidentləri Vladimir Putinlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

“Qafqazinfo” Kremlin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Əfqanıstandakı hazırkı vəziyyəti müzakirə ediblər.

Bununla yanaşı, tərəflər iki ölkə arasındakı münasibətlər, strateji tərəfdaşlıq və s. mövzular ətrafında da fikir mübadiləsi aparıblar. Həmçinin, V. Putin özbək həmkarını ad günü münasibətilə təbrik edib.