Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb. Liderlərin əsasən Suriya məsələsini müzakirə etdikləri bildirilib:
“Suriyada terrorun tamamilə aradan qaldırılması və siyasi həll yolunda sürətli addımların atılması vurğulanıb. Bu kontekstdə qarşılıqlı şəkildə hərbi və diplomatik əlaqələrin gücləndirilməsinə diqqətin artırılması qeyd olunub”.
Son xəbərlər
Son Xəbərlər