Putinlə Paşinyan arasında telefon danışığı oldu

putinle-pasinyan-arasinda-telefon-danisigi-oldu
Oxunma sayı: 1541

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Qarabağ ətrafında vəziyyət, o cümlədən Laçın dəhlizi ilə maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi məsələləri müzakirə olunub. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üzrə bütün razılaşmalarının ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb”, - məlumatda deyilir.

V.Putin Rusiya tərəfinin bundan sonra da Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasında əməli kömək göstərməyə hazır olduğunu təsdiqləyib.

Paşinyan və Putin müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, N. Paşinyan sonuncu dəfə iyunun 24-də V. Putinlə telefonla danışıb.