Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
“Qafqazinfo” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli sazişlərə uyğun olaraq, Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan-Ermənistan sərhədi zonasında delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.
Onlar Azərbaycan və Ermənistanın din xadimləri ilə ictimaiyyət nümayəndələri arasında əlaqələrin yüksək faydalılığını yekdilliklə qiymətləndiriblər. Bildirilib ki, bu təcrübə davam edəcək.
Son xəbərlər
Son Xəbərlər