Putinlə Poroşenko arasında telefon danışığı olub

putinle-porosenko-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1511

Aprelin 18-də Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Petro Poroşenko arasında telefon danışığı olub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlər Ukraynanın cənub-şərqindəki vəziyyətin həll olunması məsələsini, eləcə də ikitərfəli əlaqələri müzakirə ediblər.

“Onlar həmçinin, Nadejda Savçenko ilə bağlı məsələni, Rusiya vətəndaşları Yevqeni Yerofeyev və Aleksandr aleksandrovun taleyi haqda danışıblar”, - deyə Peskov söyləyib.

Qeyd edək ki, Ukrayna həbsxanasında saxlanılan Rusiya Kəşfiyyat Xidmətinin əməkdaşları – Yevqeni Yerofeyev və Aleksandr Aleksandrova Kiyevin Qoloseevski Rayon məhkəməsində 14 il hökm oxunub.

Y. Yerofeyev və A. Aleksandrov 2015-ci il mayın 16-da Ukraynanın şərqində Luqansk vilayətində Ukrayna hərbi birliklərinə hücumun təşkilində şübhəli qismində saxlanılmışdı. Hər iki həbs olunan şəxsin adı Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum olunan ukraynalı pilot Nadejda Savçenko ilə dəyişdirilməkdə hallanırdı.