Putinlə Rəisi arasında telefon danışığı olub

Putinlə Rəisi arasında telefon danışığı olub
Oxunma sayı: 1661

İran və Rusiya Prezidentləri İbrahim Rəisi ilə Vladimir Putin arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin Mətbuat Xidməti yayıb.

Məlumata əsasən, İbrahim Rəisi telefon danışığı zamanı pandemiya ilə mübarizə və birgə peyvənd istehsalı sahələrində əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıb.

Həmçinin, İran Prezidentinin sözlərinə görə, Tehran Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.