Putinlə Si Cinpinin görüşü keçirilir - Video

putinle-si-cinpinin-gorusu-kecirilir
Oxunma sayı: 2185

Pekində Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında görüş başlayıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, iki ölkə lideri ilk olaraq məhdud tərkibdə görüş keçirir.

Putin görüşün əvvəlində qeyd edib ki, Çin iqtisadi-ticarət sahəsində Rusiyanın əsas tərəfdaşıdır. 

Onun sözlərinə görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 227 milyard dollara çatıb.