“Putinlə Suriyadakı əməliyyatı müzakirə edib...”

“Putinlə Suriyadakı əməliyyatı müzakirə edib...”
Oxunma sayı: 865

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 oktyabrda Soçidə rusiyalı həmkarı Vladimir Putinlə söhbətdən sonra Suriyadakı hərbi əməliyyatla əlaqədar lazımi addımlar atmaq niyyətində olduğunu bildirib. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə o, İstanbulda keçirilən TRT World Forum 2019 sammitində bəyan edib.

“Bildiyiniz kimi, hazırda 120 saatlıq fasilə məsələsi gündəmdədir. 120 saatlıq fasilənin artıq böyük bir hissəsi bitib. Sabah Rusiyaya, Soçiyə səfərimiz var. Səfər çərçivəsində bu məsələni cənab Putinlə müzakirə edəcəyik və atılması lazım olan addımları atacağıq”, - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, rəsmi Ankara oktyabrın 9-da Suriyanın şimalında hərbi əməliyyata başlayıb. Oktyabrın 17-də Türkiyə və ABŞ hərbi əməliyyatların 120 saat dayandırılması barədə razılığa gəlib. Bu müddət ərzində kürd birləşmələri sərhəd təhlükəsizlik zonasını tərk etməlidirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi