Putinlə Trampın görüş yeri sabah açıqlanacaq

putinle-trampin-gorus-yeri-sabah-aciqlanacaq
Oxunma sayı: 730

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında keçiriləcək görüşün yeri və vaxtı sabah açıqlanacaq.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bu barədə Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

O, görüşün hər iki tərəf üçün uyğun olacaq üçüncü bir ölkədə baş tutacağını söyləyib.

Y. Uşakov görüşdə beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyini, daha sonra hər iki liderin mətbuat konfransı keçirəcəyini qeyd edib.