“Putinlə Zelenski arasında görüş keçirilə bilər”

putinle-zelenski-arasinda-gorus-kecirile-biler
Oxunma sayı: 1495

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə Prezidenti Putinin Volodimir Zelenski ilə görüşə biləcəyini bildirib”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Mən bunu yaxşı əlamət hesab edirəm. Görüşün yaxın vaxtlarda baş tutacağına inanmağa əsas var”, - deyə Kalın qeyd edib.

O, həmçinin vurğulayıb ki, Türkiyə hazırkı mərhələdə Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil.