Putinlə Zelenski telefon danışığı apara bilər

putinle-zelenski-telefon-danisigi-apara-biler
Oxunma sayı: 1068

Ukrayna Prezident Administrasiyası başçısının müavini Vadim Pristrayko ehtimal edir ki, ölkə başçısı Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apara bilər.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, dövlət rəsmisi bu haqda jurnalistlərə açıqlamasında deyib.

V. Pristrayko qeyd edib ki, administrasiyanın hər iki dövlət başçısının danışıqları ilə bağlı “çoxlu” planı var. O, telefon danışıqlarının nə vaxt baş tutacağı barədə heç nə deməyib.