“Putinlə Zelenski Türkiyədə görüşmək barədə həmfikirdirlər”

putinle-zelenski-turkiyede-gorusmek-barede-hemfikirdirler
Oxunma sayı: 2555

“Danışıqlarda irəliləyiş əldə olunarsa, Rusiya prezidenti Putin və Ukrayna lideri Zelenski Türkiyədə görüşmək barədə həmfikirdirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Uruqvay səfərindən əvvəl jurnalistlərə müsahibəsində deyib. 

"Danışıqların hazırkı mərhələsində geniş mətn var. Bundan başqa, liderlər arasında hələ də arxa qapı diplomatiyası işləyir. Biz o prosesdə də birgə bəyannamə layihəsinin olduğunu görürük", -türkiyəli nazir deyib. 
Türkiyəyə gələn ukraynalıların sayının 90 mini keçdiyini bildirən nazir Çavuşoğlu, "Bu müharibənin ən böyük bədəlini Ukrayna xalqı ödəyir" söyləyib.