Şimali Koreya dövləti ABŞ və Yaponiya hərbi bazalarına raket zərbələrinin endirilməsini sınaqdan keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rönhap” agentliyi məlumat yayıb.
Sınaqlar martın 6-da həyata keçirilib. Havaya buraxılmış dörd raketdən üçü Yaponiyanın Akita profekturasının dəniz sularına düşüb.
Sınaqların məqsədi Hvason hərbi hissəsinin ABŞ və Yaponiya bazalarına raket zərbələrinin endirməsini bacarığı yoxlamaq olub.
Son xəbərlər
Son Xəbərlər