“Pyaniçə çox əsəbiləşirəm” - Alleqri

pyanice-cox-esebilesirem
Oxunma sayı: 755

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında səfərdə “Monako”ya 2:0 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri oyunçularını tərifləyib və arxayınlaşmadıqlarını bildirib.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis Buffonu dünyanın ən yaxşısı adlandırıb:
 
“Komandanı təbrik etmək lazımdı, çünki asan oyun deyildi. “Monako” çox yaxşı komandadır. Bir neçə səhv də etdik, amma hesab açılmayanda Buffon bizi xilas etdi. İşlər çətin olanda Buffona güvənirik. O, dünyanın ən yaxşısıdır və böyük oyunlara hər zaman hazırdır.
 
Matçın əvvəlində yaxşı performans sərgilədik. “Monako”nun istedadlı oyunçuları bizə problem yaradırdılar. Taktiki cəhətdən daha da yaxşı oynaya bilərdik. Sizə onu da deyim ki, Miralem Pyaniçə çox əsəbiləşirəm, çünki dünynanın ən yaxşı yarımmüdafiəçilərindən biri ola bilər. Pyaniçin problemi odur ki, bəzi işlər qaydasında getməyəndə, düşünür ki, dünyanın sonudur. Sakit və səbirli davranması lazımdı.
 
Deyərdim ki, möhtəşəm mövsüm keçiririk. Bu oyunumuzu davam etdirməliyik”.